Kataloq.NET - Şəxslər: Namiq Babayev
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
ramazan özəl web saytlar şəxslər kompass xəritə
  Kataloqdakı insanların sayı: 317
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Namiq Babayev
Namiq Babayev
Fontu böyüt:      
Babayev Namiq Həsən oğlu
(08.04.1945 - 07.09.1991)
tənqidçi, ədəbiyyatşünas,Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi
Babayev Namiq Həsən oğlu - tənqidçi, ədəbiyyatşünas, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1985).
1945-ci il aprelin 8-də Azərbaycanın Şuşa şəhərində müəllim ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1952-1963).
Əmək fəaliyyətinə Bakıdakı 2 saylı ayaqqabı fabrikində, 2 saylı evtikmə kombinatında fəhlə kimi başlamışdır (1963-1964). 85 saylı Bakı Baş Tikinti İdarəsində fəhlə (1967-1968), Azərbaycan SSR EA Zoologiya İnstitutunda laborant (1968), Şuşa rayon Xalq məhkəməsində dəftərxana katibi (1968-1969), Şuşa şəhər 4 saylı orta məktəbində kargüzar-hesabdar (1970-1974), Azərbaycan dili və ədəbiyyatı müəllimi (1971-1987), eyni zamanda tədris işləri üzrə direktor müavini (1984-1987) və Şuşa rayon Xalq maarif şöbəsində məktəblər üzrə inspektor (1981-1984) vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir (1973). Şuşada 2 saylı orta internat məktəbin tədris işləri üzrə direktor müavini olmuşdur (1987).
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda «Məhəmməd Füzuli və XX əsr Azərbaycan romantizmi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Şuşa «Qönçələr» ədəbi birliyinin təşkilatçılarından biridir.
Ədəbi fəaliyyətə 70-ci illərdən başlamışdır. Klassik və müasir Azərbaycan ədəbiyyatının mühüm problemləri barədə məqalələri dövri mətbuatda vaxtaşırı dərc olunur. Gənc yazıçıların VII respublika konfransında iştirak etmişdir.
1991-ci il sentyabrın 7-də Şuşada vaxtsız vəfat etmişdir..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.0346 sec.
NETTY 2007 Qalibi Sahil IT