Kataloq.NET - Şəxslər: Nağı Nağıyev
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
ramazan özəl web saytlar şəxslər kompass xəritə
  Kataloqdakı insanların sayı: 317
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Nağı Nağıyev
Nağı Nağıyev
Fontu böyüt:      
Nağıyev Nağı Kərim oğlu
(13.07.1910 - 13.05.1981)
nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Nağıyev Nağı Kərim oğlu - nasir, dramaturq, 1947-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1910-cu il iyulun 13-də İrəvan quberniyası Naxçıvan qəzasının Culfa şəhəri yaxınlığındakı Yaycı kəndində yoxsul ailədə doğulmuşdur. İbtidai təhsili kənd məktəbində almış, Naxçıvan pedaqoji texnikumuna daxil olmuşdur (1925). Təhsil illəri rəssamlıq sənətini də öyrənmiş (1925-1930), atasının vəfatından sonra işləyib böyük bir ailəni dolandırmışdır. 1930-1941-ci illərdə Ordubad rayonunun Vənənd, Nüsnüs kənd məktəblərində müdir, Noraşen (indiki Şərur) rayon maarif şöbəsində müfəttiş, Naxçıvanda xalq komissarlığının inspektoru olmuşdur. Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1935-1938). Eyni zamanda Naxçıvan Dövlət Teatrında rəssam olmuşdur (1936-1940). Onun ilk hekayələri bu dövrdə mətbuatda çıxmış, birinci səhnə əsəri - «Səadət»i tamamlamışdır. İkinci Dünya müharibəsi başlayan kimi səfərbər əsgər qələmi silahla yanaşı tutub ön cəbhədə düşmənə qarşı mübarizə aparmışdır. Ordu qəzetlərində oçerk və hekayələri çıxmış, «Polad» pyesini qələmə almışdır. Ordudan tərxis olunduqdan sonra Azərbaycan K(b)P Naxçıvan vilayət komitəsində məlumat bölməsinin müdiri (1942-1945), Azərbaycan Sovet Yazıçıları İttifaqı Naxçıvan filialının məsul katibi (1945-1951), Naxçıvan mətbuat idarəsinin rəisi (1946-1949), Naxçıvan Radio Verilişləri Komitəsinin müdiri (1949-1951), Azərbaycan nəşrkomu Naxçıvan mətbəəsinin müdiri (1950-1951), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1951-1952), bədii ədəbiyyat şöbəsinin müdiri (1952-1954), redaktor, (1954-1964), böyük redaktor (1964-1975) olmuş, sonra fərdi təqaüdə çıxmışdır. Xidmətlərinə görə altı döyüş və əmək medalı ilə təltif olunmuşdur.
1981-ci il mayın 13-də vəfat etmişdir..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.0359 sec.
NETTY 2007 Qalibi Sahil IT