Kataloq.NET - Şəxslər: Nəcəf Bəy Vəzirov
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
ramazan özəl web saytlar şəxslər kompass xəritə
  Kataloqdakı insanların sayı: 317
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Nəcəf Bəy Vəzirov
Nəcəf Bəy Vəzirov
Fontu böyüt:      
Vəzirov Nəcəf bəy Fətəlibəy oğlu
(07.04.1854 - 09.07.1926)
dramaturq, publisist
Vəzirov Nəcəf bəy Fətəlibəy oğlu - dramaturq, publisist.
1854-cü il aprelin 7-də Azərbaycanda Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır (1866). Şuşada mülkiyyə məktəbində təhsilini davam etdirsə də, oradan yarımçıq çıxıb Bakıya getməyə məcbur olmuşdur. Burada realnı gimnaziyaya daxil olmuşdur (1868).
H.B.Zərdabinin rəhbərliyi və onun fəal iştirakı ilə Bakıda ilk dəfə M.F.Axundovun «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyaları tamaşaya qoyulmuşdur (1873). Burada ilk kiçik pyeslərini qələmə almışdır. Bakı realnı gimnaziyasını gümüş medalla bitirmişdir (1874). Həmin il Moskvadakı Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Tələbəlik dövründə qafqazlı tələbələri birləşdirən gizli İmdadiyyə dərnəyinə daxil olur. Moskvadan bədii-publisist əsərlərini Əkinçi qəzetinə göndərir. «Ev tərbiyəsinin bir şəkli» (1875), «Gəmi lövbərsiz olmaz (1876) komediyalarını və «Ağıcı hekayəsini (1875) qələmə alır. Ali təhsilini başa vurandan sonra Gəncə quberniyasının Tərtər nahiyəsinə meşəbəyi təyin olunur (1878), Dilicanda meşəbəyi işləyir (1880). Bu dövrdə Azərbaycan meşələri haqqında elmi əsərini, «Daldan atılan daş topuğa dəyər. (1890), «Adı var, özü yox» (1891) ailə-məişət pyeslərini və «Güzəşt«, «Dad yarımçıq əlindən (1892-1894) səhnə əsərlərini yazmışdır. 1895-ci ildə Bakıya gəlir, burada məhkəmə vəkili vəzifəsində işləyir. Eyni zamanda yaradıcılıqla məşğul olur: Yağışdan çıxdıq yağmura düşdük. (1896) komediyasını, Müsibəti-Fəxrəddin. Pəhləvanani-zəmanə (1898-1900) pyeslərini yaradır. 1905-ci il burjua-demokratik inqilabından sonra Həyat. (1905-1906), İrşad (1905-1907), .Təzə həyat. (1907-1908), .Tərəqqi (1909), Mirat (1910). Yeni İrşad. (191 1). Sədayi-həqq. (1914), .Açıq söz. (1917), .El həyatı. (1918) qəzetlərində Dərviş. imzası ilə kiçik həcmli publisist məqalələrini çap etdirmişdir. Ədəbi fəaliyyətinin qırx illik yubileyi Azərbaycan mədəniyyətinin bayramı kimi böyük təntənə ilə keçirilmişdir (1913).
1920-ci ildən sonra «Təzə əsrin ibtidası. «Pul düşkünü Hacı Fərəc. Mehdixan Tabasarani pyeslərini yazmışdır. Realist Azərbaycan dramaturgiyasının inkişafında əhəmiyyətli rol oynamışdır. Əsərlərı keçmiş SSRI xalqlarının dillərinə tərcümə olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün küçə, məktəb və kitabxanalara, eyni zamanda Lənkəran Dövlət Dram Teatrına onun adı verilmişdir.
1926-cı il iyulun 9-da Şamaxı yaxınlığında Çuxuryurdda vəfat etmiş, Bakıda dəfn olunmuşdur..


 
Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.0997 sec.
NETTY 2007 Qalibi Sahil IT